Rusiyanın Kemerovo vilayətində "Mi -8" helikopteri təcili eniş edib.
"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sərt eniş nəticədə bir nəfər ölüb.
"Özəl "Mi-8 "helikopteri Mejdureçenski şəhərindəki Topxan dağı yaxınlığında təcili eniş edib", - məlumatda qeyd olunub.
İlkin ehtimala görə, helikopterdə 10 nəfər olub. Yaralılar barədə məlumat yoxdur.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Ağarza Elçinoğlu