Türkiyədə baş vermiş zəlzələ səbəbindən 71 bölgədə tədrisin dayandırılmasından sonra bu gün ilk dərs günü başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Bildirilir ki, 2022-ci il sentyabrın 12-də başlayan və yanvarın 20-də başa çatan 2022-2023-cü tədris ilinin birinci semestrindən sonra məktəblər fevralın 6-da açılacaqdı. Ancaq Kahramanmaraşda 6 fevral 2023-cü ildə baş verən və bölgənin bir çox əyalətini təsir edən zəlzələlər və iqlim şəraiti səbəbiylə semestr tətilindən sonra təhsil fəaliyyətləri fevralın 20-dək dayandırılıb.
Zəlzələdən zərər çəkmiş vilayətlər istisna olmaqla, 71 vilayətdə bütün səviyyələrdən şagirdlər dərsə başlayıb.