"Moldova ilə münasibətlərimiz son dərəcə gərgindir. Moldova administrasiyası Rusiya əleyhinə olan hər şeyi vurğulayır. Bu konstruktiv münasibətin olmaması Moldovaya kömək etmir və təbii ki, ikitərəfli münasibətlərimizə xələl gətirir".
"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, Moldova hakimiyyətinin bəyanatlarına “diqqət yetirməli” olduğunu bildirib.
Fevralın 16-da Moldovada formalaşan yeni hökumətlə baş nazir postunu tutan Dorin Recean Rusiyanın Moldovaya qarşı “hibrid” müharibə apardığını və Rusiya hərbi qüvvələrinin yerləşdiyi Dnestryanı bölgənin hərbsizləşdirilməli olduğunu bildirib.