Türkiyədə baş verən iki zəlzələdə 3 nəfər ölüb, 213 yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə indiyə qədər 6 nəfər dağıntılar altından çıxarılıb.

xxx

23:14

Türkiyənin cənub-şərqində baş verən iki zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, bunu vitse-prezidenti Fuat Oktay Ankarada jurnalistlərə açıqlamasında deyib.

F.Oqtay onu da vurğulayıb ki, hazırda Türkiyənin Aralıq dənizi sahillərində sunami təhlükəsi yoxdur.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

22:56

Türkiyənin Hatay vilayətində baş verən iki güclü zəlzədən (6,4 və 5,8 bal) sonra bəzi binalarda dağıntılar var.

"Unikal" xəbər verir ki, ilkin məlumatlara təbii fəlakət nəticəsində 8 nəfər yaralanıb. 

Bu barədə vitse-prezident Fuad Oktay məlumat verib.

"8 yaralı var, 28 xəbər alındı, bir-bir qiymətləndiririk" deyə o, bildirib.