Dərbənddə NFC Grappling və MMA Liqasının prezidenti Vidadi Mərdanov güllələnib.
"Unikal" xəbər verir ki, bu barədə "112 Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, idmançı naməlum şəxslərlə danışmaq üçün səhər saat 4-də evdən çıxıb, lakin sonda həmsöhbətlər ona atəş açıb.
Polis hadisəni törədən şəxslərin axtarışına başlayıb. Onlar Moskva vilayətinin nömrə nişanlı Lada Priora ilə ərazidən qaçıblar.