Kahramanmaraşdakı zəlzələlərdən zərərçəkən Suriyada qeyri-adi hadisə yaşanıb.
"Unikal" xəbər verir ki, baş verən güclü zəlzələdən sonra dağıntılar altından çıxarılan Əhməd əl-Mağribi adlı şəxsin öldüyü bildirilib. Bundan sonra gənc oğlanın meyiti morqa aparılıb.
Günlər sonra ailəsi tərəfindən şəxsiyyəti müəyyən edilən Əhməd əl-Mağribi cəsəd torbasında qəbiristanlığa aparılıb. Məzarlığa çatanda əl-Mağribi torbanın içində hərəkət etməyə başlayıb. Bu vəziyyətdən şoka düşən ailəsi onu dərhal xəstəxanaya aparıb.
Hazırda həkimlər onun səhhətinin günbəgün daha da yaxşılaşdığını bildirib.