Qərb rusiyalı iş adamlarına qarşı misli görünməmiş sanksiyalar tətbiq edib. Buna baxmayaraq, ilin əvvəlindən Rusiyanın ən varlı adamlarının ümumi sərvəti 10,4 milyard dolları ötüb.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb. Nəşrin "Milyarderlər İndeksi" araşdırmasına əsasən, sanksiyaya məruz qalan rusiyalı milyarderlərin sərvətləri bu il də artıb.
Vladimir Potanin
Mədən nəhəngi "Norilsk Nikel"in sahibi Vladimir Potanin 28,5 milyard dollar sərvətlə ən zəngin rus iş adamı kimi yenidən siyahıya başçılıq edir.
Leonid Mixelson
İkinci yerdə Rusiyanın ən böyük təbii qaz istehsalçısı olan "Novatek"in ortaq sahibi Leonid Mixelson qərarlaşıb. Onun sərvətini 25,1 milyard dollardır. Mixelson sanksiyalar baxmayaraq bu il 516 milyon dollar qazanıb.
Vladimir Lisin
Rusiyanın “NLMK” polad şirkətinin böyük səhmdarı Vladimir Lisin üçüncü ən zəngin rus iş adamı seçilib. O, ilin əvvəlindən 905 milyon dollar qazanıb və sərvətini 20,8 milyard dollara çatdırıb.
Aleksey Mordaşov
Dördüncü yerdə 20,2 milyard dollarla polad nəhəngi "Severstal"ın sədri Aleksey Mordaşov dur. Onun sərvəti 1,54 milyard dollar artıb.
Əlişir Usmanov
Son iki ayda sərvətini 738 milyon dollar artıraraq 19,2 milyard dollara çatdıran “Meqafon” mobil operatorunun həmsahibi Əlişir Usmanov beşinci yerdə qərarlaşıb.
Gülayə Mecid