Qadınların səlahiyyətlərinin artırılması ilə məşğul olan BMT təşkilatının son hesablamalarına görə, dünyada gender bərabərliyinə nail olmaq üçün təxminən 300 il vaxt lazımdır.
"Unikal" xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Qadınlar Günü ərəfəsində deyib.
Onun sözlərinə görə, gender bərabərliyinə nail olmaqda irəliləyişlər “gözümüzün qabağında yox olur”.
Əfqanıstan başda olmaqla bir neçə ölkənin adını çəkən Quterreş, “Qadınların hüquqları bütün dünyada sui-istifadə edilir, təhdid edilir və pozulur. Qadınlar və qızlar ictimai həyatdan silinib, böhranlar və münaqişələr ilk növbədə qadınlara və qızlara təsir edir”- deyə ifadə edib.