İndoneziyanın ən aktiv vulkanlarından biri olan Merapidə püskürmə baş verib.
"Unikal" xarici KİV-yə istinadən xəbər verir ki, vulkan ətrafa 7 kilometrə qədər kül və tüstü buraxıb. 1,5 kilometr uzunluğunda lava axını müşahidə edilib.
Vulkana yaxın ərazilərdə yaşayanlardan təhlükəli olaraq təyin olunan ərazidə bütün fəaliyyətləri dayandırmaları istənilib. İndiyədək heç kim təxliyə edilməyib.
Qeyd edək ki, 2010-cu ildə Merapi vulkanında baş verən partlayışlar nəticəsində ən azı 200 nəfər ölüb.
Ağarza Elçinoğlu