Rusiyada Spas telekanalının ofisinin yerləşdiyi doqquzmərtəbəli bina yanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Məlumata görə, yanğın birinci mərtəbədə başlayıb. İnsanlar binadan təxliyə edilib.  

Ölən və yaralananlar barədə məlumat verilmir. 

Ağarza Elçinoğlu