Bu gün təşkil olunan “Bakı Marafonu 2023”də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş fləşmob keçirilib.
"Unikal" xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən fləşmobda 2000-dən çox könüllü gənc iştirak edib.
Fləşmobda ulu öndər Heydər Əliyevin adı və 100 illik yubiley simvolundan ibarət kompozisiya yaradılıb.
Qeyd edək ki, builki Bakı marafonu ”Heydər Əliyev İli" çərçivəsində təşkil edilmişdi.