Şair Nazilə Səfərli tanınmış plastik-cərrah Türkan Yafəs qızı Gündüzün ölümü ilə bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Instagram" hesabında video paylaşıb.
Belə ki, Nazilə Türkanın ölümündə təqsirli bilinən həyat yoldaşı Muhammet Gündüzün ona xəyanət etdiyini iddia edib:
"Türkan xanımın kitab təqdimatının açılışı mənə həvalə edilmişdi. Mən Türkan xanımı o zaman tanımışam. Əri və iki övladı ilə birlikdə yanıma gəlmişdilər. Mənə təəccüblü gəlmişdi ki, bu, mənim yanıma niyə ailəsi ilə gəlib? Məlum oldu ki, onun yoldaşı Türkanı qarabəqara izləyir. Türkanın anası Muhammet Gündüzün imkanlı olduğuna görə vaxtından tez qızını onunla evləndirib. Türkan Muhammetlə evlənəndə savadsız idi. O, Türkanı hədsiz qısqanırdı. Muhammet Gündüz ona xəyanət edib. Belə ki, o, Türkiyədəki evində xadiməsi ilə eşq yaşayırmış. Türkan bunu biləndən sonra Muhammetdən boşanmaq istəyib. Anasının təkidi ilə boşanmaqdan imtina edib və əri ilə barışıb".
Nazilə Səfərli ötən gün əri tərəfindən qətlə yetirilən tanınmış cərrah Türkan Gündüzün ölümündə həkimin anasını da günahkar bilib.