Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin qadın məhkumların saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsində də icra edilib.
"Unikal" xəbər verir ki, sərəncam müəssisədə cəza çəkən 5 nəfərə şamil edilib.
Sərəncama əsasən, onlardan 3 nəfər azadlığa buraxılıb, 2 qadın məhkumun cəzası azaldılıb.