Kayanov dəmir yolunun istismarı Tavuşun müdafiə xətti, eləcə də Lori bölgəsi üçün böyük təhlükədir.
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatı Qarnik Danielyan deyib.
O, qeyd edib ki, baş nazir Nikol Paşinyanın təqdim etdiyi "Sülhün kəsişməsi" layihəsi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir: "Dəmir yolu vağzalı Ayqehovit icmasının kiçik qəsəbəsidir, oradan dəmir yolu keçir, vaxtilə Hrazdan-İcevan-Qazax dəmir yolu xətti keçib. Yaxzınlıqda Barxudarlu ve Sofulu var. Həmin kəndlərdə Sovet İttifaqı illərində azərbaycanlılar yaşayıb. Onlar sonradan anklav statusu alıblar, amma qeyd edim ki, sovet xəritələrində anklav kimi qeyd olunmayıb. Azərbaycanın məqsədi bu sahələri öz nəzarəti altına almaqdır".
Deputatın sözlərinə görə, kommunikasiya xətləri boyunca strateji əhəmiyyətə malik yüksəkliklər var: "30 ildən artıqdır ki, həmin ərazilərdə istehkam işləri aparılıb. Bu, Tavuşun müdafiə xəttidir, bu addımla bölgənin müdafiə xəttini məhv etmək istəyirlər. Azərbaycan sərhəddi Azatamutun binalarının yaxınlığından başlayır. Oradan bir neçə kilometr aralıda Azərbaycan bazası yerləşir. Oradan Gürcüstana dövlətlərarası yol keçir, Ermənistana daxil olan qaz kəməri də oradan keçir. Yəni bu layihə həyata keçərsə, Lori də sərhədə çevriləcək. Bütün bunların müqabilində Azərbaycan bizə heç nə verməyəcək. Bu halda Ermənistan unikal anklava çevrilərək böyük təhlükə ilə üzləşəcək, bizim dövlətlərarası və magistral yollarımız faktiki olaraq Azərbaycanın nəzarətinə keçəcək".
Ağarza Elçinoğlu