İyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam  davam edir.

*** 21:58

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. 

Hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Araşdırma aparılır.

***21:28

Paytaxtın Nərimanov rayonunda, "Metro Park"ın qarşısında gənc oğlan güllələnərək qətlə yetirilib. 

"Unikal" xəbər verir ki, bu barədə lent.az məlumat yayıb.

Hadisənin motivi məlum deyil. 

Hazırda hadisə yerində araşdırma aparılır.

Video: Oxu.az