Göygöldə 25 yaşlı oğlan intihar edib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1999-cu il təvəllüdlü Eşqin Mustafayev yaşadığı evdə özünə bıçaqla xəsarət yetirib.

25 yaşlı oğlan xəstəxanaya aparılarkən yolda ölüb. İlkin məlumata görə, E.Mustafayev ruhi əsəb xəstəliyindən əziyyət çəkirmişm və uzun müddətdir ki, müalicə alırmış.

Faktla bağlı araşdırma aparılır.

Gülayə Mecid