CHP lideri Kamal Kılıçdaroğluna qarşı iddia qaldırılıb. 

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, iddianı MHP-nin sədr müavinləri İzzet Ülvi Yönter, Fəthi Yıldız və İsmayıl Faruk Aksu qaldırıb. 

Qeyd edək ki, iddia ilk dəfə 2022-ci ilin fevral ayında qaldırılsa da Kılıçdaroğlunun o vaxt deputat toxunulmazlığı olduğu üçün onun barəsində heç bir tədbir görülməyib.

Toxunulmazlıq götürüldükdən sonra isə Ankara Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamə qəbul edilib.

Xatırladaq ki, Kılıçdaroğlu üçün 2 il yarımdan 3 il yarıma qədər həbs və siyasi qadağa istənib. 

Fidan Nuriyeva