Suraxanı rayonu ərazisində baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərəzindən bildirilib.

*** 15:27

Suraxanı rayonunda baş verən yanğın səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərəzindən bildirilib.

"Suraxanı rayonunda baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi - Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib", - məlumatda qeyd olunub.