"Fənərbaxça"nın Sloveniyalı yarımmüdafiəçisi Miha Zayc icarə əsasında Fransanın "Tuluza" komandasına transfer olunub.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sözügedən oyunçunun transferi üçün 1 il müddətli müqavilə bağlanılıb.
Qeyd edək ki, 2019-cu ilin yanvarında "Fənərbaxça"ya transfer olunan 30 yaşlı futbolçu sarı-göy rəngli forma ilə 123 rəsmi matçda forma geyinərək 20 qol vurub.
Fidan Nuriyeva