Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına direktor təyin olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına bundan sonra Ülfət Qurbanov rəhbərlik edəcək.

Qeyd edək ki, Ü.Qurbanov bu təyinatadək həmin xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Ehtiram Muradov