Sovet İttifaqının lideri Nikita Xruşşov Krımı faktiki olaraq RSFSR-in tərkibində olan Ukraynaya verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlayıb. 

Putin Monqolustana səfəri ərəfəsində Monqolustanın “Onodor” qəzetinə yazılı müsahibəsində bildirib ki, Ukraynadakı mövcud vəziyyətə bütöv bir sıra xarici və daxili amillər əhəmiyyətli dərəcədə təsir edib və sovet liderlərinin milli-ərazi məsələsində qərarlarının nəticələri də mənfi rol oynayıb: "1954-cü ildə Xruşşov faktiki olaraq RSFSR-in tərkibində olan Krımı verdi. Sovet hakimiyyəti illərində ittifaq respublikalarının sərhədləri proletar zərurətindən irəli gələrək özbaşına çəkilirdi. Ukrayna əsasən rusların yaşadığı Donbası belə alıb.

Böyük Vətən Müharibəsindən əvvəl və sonra İosif Stalinin sayəsində Polşa, Rumıniya və Macarıstan əraziləri Ukraynanın bir hissəsi olub". 

Ağarza Elçinoğlu