Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğın söndürülüb.

*** 12:55

Neft Emalı Zavodundakı yanğına 2 helikopter cəlb edilib.

"Unikal"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

12:55

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.

"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub", - nazirlikdən bildirilib.

***

11:34

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, hazırda zavodun işçiləri təxliyə edilir.

Əlavə məlumat veriləcək.

Video: Ayxan Məlikov