Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ilk xalını qazanıb.
"Unikal" xəbər verir ki, Qəbələ şəhər stadionundakı C Liqasının I qrupunun oyunu qolsuz heç-heçə ilə yekunlaşıb.
Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma sonuncu – VI turun görüşündə səfərdə İsveçlə qarşılaşacaq. Matç noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
*** 19:05
Millimiz 1-ci hissədə Estoniyanın müqavimətini qıra bilməyib
"Unikal" xəbər verir ki, yığmamız Millətlər Liqasının V turu çərçivəsində meydana çıxacaq.
C Liqasının I qrupunda yer alan komandamız Qəbələdə Estoniya milli komandasını qəbul edir. İlk dörd turda xal toplaya bilməyən Fernandu Santuşun yetirmələri bu dəfə ilk qələbələrini qazanmağa çalışacaqlar.
Qeyd edək ki, qrupun digər qarşılaşmasında Slovakiya İsveç yığmasının qonağı olacaq.
*** 18:07
UEFA Millətlər Liqasının Azərbaycan - Estoniya matçına start verilib.
"Unikal" xəbər verir ki, C Liqasının I qrupunun görüşü Qəbələ şəhər stadionunda keçirilir.
Qarşılaşmanı şotlandiyalı FIFA referisi Con Biton idarə edir.
*** 17:00
UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda bu gün Qəbələdə üz-üzə gələcək Azərbaycan və Estoniya yığmalarının start heyəti açıqlanıb.
"Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Azərbaycan: Rza Cəfərov, Bədavi Hüseynov, Rahil Məmmədov, Elvin Cəfərquliyev Ozan Can Kökçü, Abbas Hüseynov, Aleksey İsayev, Coşqun Diniyev, Ramil Şeydayev, Musa Qurbanlı, Toral Bayramov
Baş məşqçi: Fernandu Santuş
Estoniya: Karl Yakob Heyn, Mixael Şönninq-Larsen, Markus Poom, Rokko Şeyn, Henri Anier, Maksim Paskoçi, Yonas Tamm, Karol Mets, Martin Miller, Kevor Palumets, Vlasi Sinyavski
Baş məşqçi: Yurgen Henn
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.