ABŞ Venesuelanın 21 yüksək vəzifəli məmuruna "iyulda keçirilən prezident seçkilərindən sonra etirazların yatırılmasındakı roluna görə" sanksiya tətbiq edib.
"Unikal" xarici meediaya istinadən xəbər verir ki, Vaşinqton Venesuela prezidenti Nikolas Maduronu seçkidə qalib gəldiyini iddia edərək demokratik normanı pozduğunu iddia edib.
“Birləşmiş Ştatlar müxalifət lideri Edmundo Qonzalesin qalib gəldiyini bəyan edir və onu seçilmiş prezident adlandırır. Repressiv taktika əsasında Maduro rejimini dəstəkləmək üçün qeyri-qanuni fəaliyyət göstərən məmurlar da bu sanksiyaların hədəfinə çevriləcə”, – administrasiya rəsmisi jurnalistlərə deyib.
O, ABŞ-nin Maduro ilə əlaqəsi olan bir sıra məmurlara da viza məhdudiyyəti tətbiq edəcəyini bildirib.