“Heyət Təhrir əl-Şam” da daxil olmaqla xaricdən dəstəklənən silahlı qruplaşmalardan ibarət koalisiyanın Hələb vilayətində Suriya ordusunun mövqelərinə qarşı irimiqyaslı hücuma keçməsi intensiv toqquşmalara və hər iki tərəfdən əhəmiyyətli itkilərə səbəb olub.
"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Bildirilir ki, silahlılar Hələb və İdlibin qərbində azı on bölgəni ələ keçirib.
Suriya İnsan Haqları Müşahidə Qrupu əsgərlər və yaraqlılar arasında 100-ə yaxın öldüyünü bildirib.
Ən azı dördü zabit olmaqla 37 suriyalı hərbçi öldürülüb, beş əsgər isə əsir götürülüb. Silahlılar silah anbarları, zirehli texnika və ağır silahları ələ keçirib.
***10:05
Suriyada Hələb əyalətinin kənd yerlərində Bəşər Əsəd rejiminin əleyhinə olan silahlı “Heyət Təhrir əl-Şam” (HTŞ) arasında toqquşma baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səhər saatlarında başlayan qarşıdurmalarda HTŞ-yə bağlı silahlı qruplar Əsəd rejiminin nəzarətində olan Əl Ragib təpəsi, Kuptan dağı, Debbabat təpəsi, Ancara qəsəbəsi, 46-cı Liva və Kefer Besmeyə hücum edib.
Bildirilir ki, “Heyət Təhrir əl-Şam” qrupları 32 kənd və məntəqəni ələ keçirib. Münaqişə davam edərkən Əsəd rejimi silahlarla mülki yaşayış məntəqələrini hədəfə alıb.
Tutduğu bölgələrdə HTŞ Əsəd rejiminə məxsus ağır silahlar və hərbi maşınları ələ keçirib, onlarla rejim əsgərini əsir götürüb.
Rejimlə HTŞ arasında qarşıdurmalar davam edərkən, bölgədəki qarşıdurmalardan qaçan 10 minə yaxın mülki şəxs İdlib çölünə sığınıb.
Hələbin mərkəzinə doğru şiddətlənən qarşıdurmalar davam edir.
Gülayə Mecid