Çinin cənub-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin "Sinxua" agentliyi məlumat yayıb.
Təbii fəlakət nəticəsində 188 nəfər xəsarət alıb.
Qeyd edək ki, bundan əvvəl 95 nəfərin öldüyü bildirilirdi. Zəlzələ nəticəsində 3 609 ev dağılıb.
Xatırladaq ki, yanvarın 7-də səhər saatlarında Nepalla sərhədə yaxın olan Tibet Muxtar Vilayətinin Tinqri dairəsində 6,8 bal gücündə zəlzələ baş verib.
XXX
12:33
Çinin Tibet bölgəsində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı ən azı 95 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, zəlzələ nəticəsində 130 nəfər xəsarət alıb.
***09:24
Tibetdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, zəlzələ nəticəsində 62 nəfərin xəsarət aldığı qeyd edilir.
***
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində 6,8 bal gücündə zəlzələ baş verib.
"Unikal" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 32 nəfər həlak olub.
"2025-ci il yanvarın 7-də səhər saatlarına olan məlumata görə, Dinqri rayonunda 32 nəfər həlak olub, 38 nəfər yaralanıb, 1000-dən çox ev uçub", - agentlik qeyd edib.
Qeyd olunur ki, Tibetdə 5 kilometr radiusda yeddi kənd var.
Məlumatına görə, Çin hakimiyyəti zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə nəzarət etmək üçün yeraltı təkanlar bölgəsinə 1,5 mindən çox işçi qrupu göndərib.
Gülayə Mecid