Fevralın 3-də səhər saatlarında Moskvanın Aviatsionnaya küçəsində yerləşən “Scarlet Sails” yaşayış kompleksində partlayış baş verib. Məlumata görə, binanın girişində əldəqayırma partlayıcı qurğu partlayıb.

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, baş verən partlayış DXR Boks Federasiyasının rəhbəri və “Arbat” batalyonunun yaradıcısı Armen Sarkisyana qarşı sui-qəsd cəhdi ilə bağlı ola bilər. 

Partlayış Sarkisyanın mühafizəçilərin müşayiəti ilə zaldan keçərkən baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, 4 nəfər xəsarət alıb. Moskva Səhiyyə Departamenti yaralıların vəziyyətinin ağır kimi qiymətləndirilir.

"Sarkisyanın ayağı amputasiya olunacaq.  Onun mühafizəçisi də ağır yaralanıb. Ölən şəxsin kimliyi hələlik məlum deyil. Onun üzü tanınmaz haldadır", - KİV-lərdən biri yazıb. 

Məlumata görə,   2024-cü ilin dekabrında Ukrayna Təhlükəsizlik Xidməti Armen Sarkisyanı axtarışa verib. SBU-nun hesabatında Sarkisyan Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin yaxın çevrəsinə daxil olan kriminal avtoritet adlanır. Ukrayna xüsusi xidmətinin məlumatına görə, tammiqyaslı Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Sarkisyana “ağır cinayətlərə görə məhkum edilmiş təkrar cinayətkarların” daxil olacağı “Arbat” batalyonunu yaratmaq tapşırılıb. Onlar Torets istiqamətində fəaliyyət göstəriblər və sonra Kursk vilayətinə köçürülüblər. 

***11:27

Moskvanın Aviatsionnaya küçəsində yerləşən “Scarlet Sails” elit yaşayış kompleksində partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya  teleqram kanalları məlumat dərc edib. 

Partlayış 1-ci mərtəbədə qeydə alınıb. Bildirilir ki, partlayışa səbəb əldəqayırma partlayıcı qurğu və ya qumbara olub. Hadisə nəticəsində bir nəfər ölüb. 

Gülayə Mecid