Təyyarəsində yaranan nasazlıq səbəbindən Vaşinqtona qayıdan dövlət katibi Marko Rubio Almaniyaya gedə bilib. 

"Unikal" xəbər verir ki,  dövlət katibi kiçik bir təyyarə ilə təhlükəsiz şəkildə Münhenə səfərə gedib. 
 

***10:33

ABŞ  dövlət katibi Marko Rubio və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Rişin olduğu Hərbi Hava Qüvvələrinə məxsus təyyarə texniki nasazlıq səbəbindən Vaşinqtona qayıtmaq məcburiyyətində qalıb.

"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. 

Onlar Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedirdilər.