Ermənistan hərbçisi Sevak Hovhannisyanın ölümü ilə bağlı aparılan istintaq çərçivəsində iki hərbçi həbs edilib.

"Unikal" Ermənistan mediasına istinadənxəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat yayıb.

Əvvəlcə cinayət işi “Qətl” maddəsi ilə açılsa da, sonradan “Hərbi qulluqçunun ehtiyatsızlıqdan, bir qrup şəxs tərəfindən intihara sövq etmə” kimi tövsif edilib.

Xatırladaq ki, Sevak Hovhannisyanın güllə yarası ilə meyiti fevralın 17-də səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin ərazisində tapılıb.