Gəncədə 21 yaşlı  gənc qız yol qəzasında xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2004-cü il təvəllüdlü B.Novruzlunu vurub. Gənc qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov