Fevralın 20-də Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında öldürülən girovların, o cümlədən Bibas ailəsinin üzvlərinin cəsədlərini İsrail tərəfinə təhvil verəcək.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qrupunun rəsmi nümayəndəsi Əbu Ubeydə məlumat yayıb.

Əbu Ubayda "Telegram" kanalında yazıb:

“İsraillə mübadilə müqaviləsinin bir hissəsi olaraq, Bibas ailə üzvlərinin və Oded Lifşitzin cəsədini cümə axşamı qarşı tərəfə təhvil verəcəyik".

Onun sözlərinə görə, həlak olanların hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində dünyalarını dəyişib. Kfir Bibas 7 oktyabr 2023-cü ildə Həmas yaraqlıları tərəfindən girov götürüləndə doqquz aylıq, qardaşı Ariel isə dörd yaşında olub.