Amerikalı sahibkar İlon Mask Ukrayna həbsxanasında ölən amerikalı jurnalist-blogger Qonzalo Liranın ölümündə Ukrayna prezidenti Volodimir Zelenski günahlandırıb.
"Unikal" xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Zelenski amerikalı jurnalisti öldürdü!",- deyə sahibkar Liranın ölümünü şərh edib.
Qeyd edək ki, Qonzalo Lira 1968-ci ildə Kaliforniyanın Burbank şəhərində anadan olub. O, Xarkovda yaşayırdı. Jurnalist Rusiyanın Ukraynadakı hərbi əməliyyatını işıqlandırıb və prezident Volodimir Zelenskini tənqid edib.
2023-cü ilin mayında o, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən “Rusiyanın hücumuna haqq qazandırmaq” ittihamı ilə həbs edilib.
Amerikalı jurnalist 2024-cü il yanvarın 12-də həbsdə olarkən pnevmoniyadan vəfat edib.
Gülayə Mecid