"2020-ci ildən başlayaraq Konstitusiya dəyişiklikləri müzakirə olunub".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb.
Onun sözlərinə görə, Ermənistanda konstitusiya dəyişiklikləri həmişə daxili proses olub: "Bu, heç bir xarici proseslərlə bağlı ola bilməz, daxili proses olub və bundan sonra da daxili proses olacaq".
Qriqoryan razılıq əldə edilmiş demarkasiya prosesinin nə vaxt başlayacağı ilə bağlı suala belə cavab verib: "Hər hansı bir hadisə baş verərsə, ictimaiyyətə açıqlanır. Proses olarsa, müvafiq idarə bu barədə ictimaiyyətə danışacaq. Baş nazirin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi işçi qrupu var, hər hansı hadisə baş verərsə, bu, hamıya məlum olur".
Ağarza Elçinoğlu