Xarici qoşunların Ukrayna ərazisinə yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"NATO- ya üzv ölkələrin hərbi kontingentinin Ukrayna ərazisində yerləşdirilməsi bizim üçün məqbul sayıla bilməz”, - Kreml nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, "Daily Telegraph" qəzeti mənbələrə istinadən yazıb ki, Britaniyanın baş naziri Keir Starmer gələn həftə Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşməyi və ona Ukraynada 30 min avropalı hərbçi yerləşdirmək planını təqdim etməyi planlaşdırır. Müvafiq plan Böyük Britaniya və Fransa tərəfindən hazırlanıb.
Gülayə Mecid