"Ötən illər ərzində yeni Konstitusiya layihəsi ilə bağlı konsepsiyaların işlənib hazırlanması cəhdləri olub və bu konsepsiyaların mahiyyətcə işlənib hazırlandığını söyləmək olar". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bu gün hökumətin iclasından sonra keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Konstitusiyanın yeni mətnini hazırlanması istiqamətdə iş gedir: "Biz hər şeyi etməliyik ki, Konstitusiya layihəsinin mətni yeni seçkilərə qədər hazır olsun. Aldığımız öhdəlik 2026-cı il seçkilərinə qədər Konstitusiyanın yeni mətninin hazır olmasına yönəlib. Bundan sonra təbii ki, referendumun keçirilməsi ilə bağlı qərar veriləcək". 

Nazir yeni mətndə "Artsax"a istinadın çıxarılmasının mümkün olub-olmadığı ilə bağlı suala belə cavab verib: "Mən heç nəyi istisna etmirəm, bu məsələ ilə bağlı hələ yekun qərarımız yoxdur, amma bu gün mətndə olan ifadə real həyatımızda nəyisə dəyişə bilər, ya da dəyişməyə bilər". 

Ağarza Elçinoğlu