Ukrayna lideri Volodimir Zelenski Vaşinqtonun Ukraynanın nadir torpaq ehtiyatları ilə bağlı saziş imzalamaq təklifini rədd etdiyi barədə yalan danışıb.
"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində yazıb.
Bildirək ki, Amerikanın “Axios” portalı ABŞ prezidenti Donald Trampın administrasiyasının Ukraynaya respublikada faydalı qazıntıların çıxarılmasına dair “təkmilləşdirilmiş” saziş layihəsi verdiyini yazıb.
Onların fikrincə, müqavilənin yeni variantı “imzalanmaq ehtimalı daha yüksək görünür”.
Fevral ayında ABŞ prezidenti Donald Tramp Ukraynaya Ukraynanın nadir torpaq metal ehtiyatlarının 50%-nə çıxışını ABŞ-yə verməsini nəzərdə tutan saziş təklif etmişdi. Bu metallara skandium, itrium, lantan və başqaları kimi 17 element daxildir. Bunun müqabilində ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verəcəyini vəd edib. Nəticədə Zelenski mineral ehtiyatlara dair sazişi imzalamaqdan imtina edib və Ukrayna ABŞ-yə faydalı qazıntıların hasilatı ilə bağlı müqavilə üçün öz şərtlərini təklif edib.
Gülayə Mecid