Fransa prezidenti Emmanuel Makron sosial şəbəkədə canlı yayımda Ukrayna ilə bağlı sualları cavablandırıb.

"Unikal" xəbər verir ki, Makron Ukraynadakı sülh prosesinin Avropa üçün vacib olduğunu bir daha vurğulayıb.

"Biz sülh istəyirik, lakin Ukraynanın təslim olması anlamına gələn atəşkəs istəmirik”, - deyə Makron, bu məsələdə Rusiyanın xeyrinə heç bir güzəştə getməməli olduğuna diqqət çəkib.

Rusiya ilə ABŞ arasında gərginləşən və Avropa dövlətlərinin masadan kənar qalmaq istəmədiyi Ukrayna danışıqları ilə bağlı daha sərt sövdələşmələr aparılmalı olduğunu bildirən Makron, “Bunu ABŞ prezidenti Donald Trampa deyəcəm: “Siz Putinə qarşı zəif ola bilməzsiniz, bu sizin maraqlarınız",- deyib. 

Digər tərəfdən, Ukraynada sülh şəraitinin Avropanın təhlükəsizliyi üçün vacib olduğunu və Rusiyanın başqa bir Avropa ölkəsinə hücumunun qarşısını almaq üçün çəkindirici təhlükəsizlik tədbirlərinin görülməsi lazım olduğunu vurğulayan Makron, Ukraynanın Avropa İttifaqı (AB) və NATO-ya üzvlüyü məsələsinə də toxunub.

Gülayə Mecid