İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivin ətraflarında avtobuslarda törədilən silsilə partlayışlardan sonra Fələstin Muxtariyyətində böyük əks-terror əməliyyatı (CTO) keçirməyi əmr edib.
"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat dərc edib.
Netanyahu, həmçinin təhlükəsizlik qüvvələrinə ölkənin şəhərlərində gələcək mümkün hücumlara qarşı qabaqlayıcı tədbirləri gücləndirməyi əmr edib.
Qeyd edək ki, gecə saatlarında Təl-Əviv ətrafında boş avtobusların partladılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Polis əməkdaşları partlayış baş verən ərazidə ictimai nəqliyyatın hərəkətini dayandırıb.
Gülayə Mecid