"Ağ Ev hesab edir ki, Ukrayna lideri Volodimir Zelenski üçün ən yaxşı variant Ukraynanı tərk edib Fransaya getmək olardı".
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın “The New York Post” qəzeti mənbələrə istinadən yazır.
"Trampın yaxın mənbəsi Zelenskiyə Ukraynanı tərk edib, dərhal Fransaya getməsini təklif edib" - nəşrin hesabatında deyilir.
Bundan əvvəl qəzet yazır ki, Ağ Ev bir neçə aydır Ukraynada prezident seçkilərinin keçirilməsi zərurətini müzakirə edir, onlar hesab edirlər ki, ölkədə “yeni rəhbərliyin” vaxtı çatıb, lakin ABŞ prezidenti Donald Trampın Ukraynada gələcək prezidentlik yarışında aşkar favoriti yoxdur.
Rusiya prezidenti Vladimir Putin dəfələrlə vurğulayıb ki, Ukrayna ilə sülh müqaviləsinin imzalanması yalnız Ukrayna hökumətinin qanuni nümayəndələri, xüsusən də Ali Radanın sədri ilə mümkündür.
Gülayə Mecid