Kreml Putin və Tramp arasında baş tutan telefon danışığına dair məlumat yayıb
"Unikal" xəbər verir ki, Rusiya və ABŞ liderləri aşağıdakı mövzular barədə danışıblar:
ABŞ Prezidentinin 30 günlük atəşkəs rejiminin tətbiqi təşəbbüsü kontekstində Rusiya tərəfi bütün döyüş təmas xətti boyunca mümkün atəşkəsə effektiv nəzarətin təmin edilməsini zəruri hesab edir.
Rusiya Ukraynada məcburi səfərbərliyin dayandırılmasını tələb edir.
Rusiya Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanmasına qarşıdır.
Rusiya tərəfi Ukraynanın bundan əvvəlki razılaşmalara əməl etmədiyini bildirir.
Rusiya Ukrayna silahlılarının Kursk vilayətinin mülki əhalisinə qarşı terror törətdiyi qeyd edir.
Ağ evin aparat rəhbərinin müavini Den Skavino danışıqların yaxşı davam etdiyini bildirib. Telefon danışığı 3 saatdan çox çəkib.
*** 19:53
Putinlə Trampın söhbəti artıq 100 dəqiqədir ki, davam edir.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
*** 19:07
ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilib ki, prezidentlər yaxşı ünsiyyət qurublar və telefon danışığı bir saattdır davam edir.