Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə. hadisə rayonun Tap Qaraqoyunlu kəndində qeydə alınıb. Belə ki, 1955-ci il təvəllüdlü kənd sakini İman Quliyevin idarə etdiyi "VAZ'-2106 markalı avtomobillə, 1991-ci il təvəllüdlü Bəhruz Rüstəmovun idarə etdiyi "Lada Priora" markalı avtomobil toqquşub. Qəza zamanı "Lada Priora"nın sərnişini, Tap Qaraqoyunlu kənd sakini, 1956-cı il təvəllüdlü F. Sarıyeva xəsarət alıb.
Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov