Goranboyda fermada yanğın olub.

"Unikal"ın  məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində baş verib.

Kənd sakini 1933-cü il təvəllüdlü Nurəddin Qarayeva məxsus fermada anidən yanğın olub. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy,Tərtər rayonunlarının və Naftalan  şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı fermada  5000 ot bağlaması yanıb.

Hazırda FHN əməkdaşları tərəfindən yanğının digər ərazilərə keçməməsi üçün işlər aparılır. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov