Yevlaxda minik maşını mikroavtobusla toqquşması nəticəsində yaralanan şəxslərin kimliyi məlum olub.
"Unikal" xəbər verir ki, onlar 1984-cü il təvəllüdlü Jalə Süleymanova, 1977-ci il təvəllüdlü Nurlana Məmmədova, 2003-cü il təvəllüdlü Nuray Kərimova, 1995-ci il təvəllüdlü Vüsal Məmmədov, 1990-cı il təvəllüdlü Arzu Məmmədova və 1991-ci il təvəllüdlü Çinarə Əliyevadır.
Yaralılardan durumu daha ciddi olan Gəncə sakini Vüsal Məmmədov cərrahi əməliyyata alınıb.
*** 11:22
Yevlaxda minik maşını mikroavtobusla toqquşub.
"Unikal" xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda baş verib. Belə ki, "Vaz 21 06" markalı avtomobil sərnişin daşıyan mikroavtobusla toqquşması nəticəsində 6 nəfər yaralı xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, mikroavtobusda işə gedən tibb bacıları olub.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov