Ağsafada minik maşını ağaca çırpılıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Xətai kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü 2005-ci il təvəllüdlü Elvin Mamayev ölüb. Hadisə yerinə təcili yardım və FHN-nin xilasedici qrupu cəlb olunub. Sürücünün deformasiyaya uğramış meyiti avtomobildən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən sürücü 2005-ci il təvəllüdlü E.Mamayev Bakı Dövlət Universtetinin Qazax filialının 3-cü kürs tələbəsidir.
Tural Əhmədov