Tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə Şəmkirdə güclü küləyə görə dam örtüyü aşan məktəbin şagirdləri müvəqqəti olaraq Şəmkir rayonu Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta ümumtəhsil məktəbinə köçürülüblər.

Bu barədə "Unikal"a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, məktəbin dam örtüyünə dəyən zərərin qiymətləndirilməsi və müvafiq təmir işlərinin aparılması üçün təhsil müsəssisəsinə ilkin baxış keçirilib. Yaxın günlərdə təmir işlərinə start veriləcək.

Xatırladaq ki, dünən müşahidə edilən güclü külək Şəmkir rayonu Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta ümumtəhsil məktəbinin dam örtüyünü aşırıb.

*** 13:44

Şəmkirdə güclü külək orta məktəbin dam örtüyünü uçurub.

"Unikal"ın  məlumatına görə, bu gün əsən külək rayonun Şiştəpə kəndində yerləşən Qalib Allahverdiyev adına tam orta məktəbin dam örtüyünün 500 kv.metr hissəsini dağıdıb. Xoşbəxtlikdən təbiət hadisəsi zamanı müəllim və şagirdlərədən xəsarət alan olmayıb.

Qeyd edək ki, Şiştəpə kənd tam orta məktəbi 2000-ci ildə inşa edilib.

Tural Əhmədov