İsmayıllıda tövlə və tövlədə olan iribuynuzlu heyvan yanıb.

"Unikal" xəbər verir ki, yanğın rayonun Qalıncaq kənd sakini 1976-ci il təvəllüdlü vətəndaş Abdulov Elsevər Elman oğluna məxsus həyətyanı sahəsindəki mal tövləsində baş verib.Yanğın yerinə  İsmayıllı rayon DYMH-nin texnikaları cəlb olunub. Yanğın zamanı 60 kvadratmetr sahədə tövlə çardağının ağac konstruksiyaları, çardağa yığılmış 5 ton ot və tövlənin içərsində olan bir ədəd iri buynuzlu heyvan yanıb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Seymur Əli