Hindistanda ildırım vurması nəticəsində 8 nəfər ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Hadisə Hindistanın şərqindəki Bihar əyalətində baş verib. İki rayona ildırım düşməsi nəticəsində tarlada işləyən 8 nəfər ölüb. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.