"Dünən Mərkəzi Bankın sədrinin 9 iqtisadçı ekspertlə ənənəvi görüşü keçirildi. Həmişəkindən bir qədər gərgin müzakirə oldu".
"Unikal" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Əkrəm Həsənov deyib.
O qeyd edib ki, 30-dan çox sual ətrafında konsturktiv müzakirələr aparılıb:
"Pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s. Mənim üçün çox xoş məqam oldu ki, Mərkəzi Bank təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görür. Belə ki, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq.
Yəni, vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək. İslam bankçılığı institutlarını da Mərkəzi Bank tədricən tətbiq etmək əzmindədir", - deyə Ə.Həsənov bildirib.