Goranboyda qadın ehtiyatsızlıqdan xəsarət alıb.
"Unikal"ın məlumatına görə hadisə rayonun Dəyirmanlar kəndində baş verib. Belə ki 2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyeva qarının küt travması ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib.
Məlumata görə, gənc qadının qayınanası - 1968-cı il təvəllüdlü Gülxanım Xudaverdiyevanın əlində olan tirdən atılan güllə dəmiri keçərək ona dəyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov