Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən "Unikal"a verilən məlumata görə, Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "T-140" markalı traktorun "QAZ- 24" markalı minik avtomobilini yedəyə alıb sərt yamacı qalxan zaman hər iki nəqliyyat vasitəsinin aşdığı və vətəndaşların köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən aşmış traktorun altında qalmış sürücü - 1993-cü il təvəllüdlü Mustafayev Firdovsi İlqar oğlunun meyiti və traktorda olan müxtəlif dərəcəli bədən xəsarətləri almış sərnişin - 1988-ci il təvəllüdlü Bəkirov Nicat Səfər oğlu aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

*** 21:08

Yevlaxda traktorun altında qalıb ölən sürücü Mingəçevir sakini Mustafayev Firdovsi İlqar oğludur.

"Unikal" xəbər verir ki, yaralı  isə 1988-ci il təvəllüdlü Bəkirov Nicat Səfər oğludur. O, cərrahiyə şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə traktor "Qaz 31" markalı maşını çəkərkən baş verib. Hadisə zamanı hər iki nəqliyyat vasitəsi aşıb. 

***18:58

Yevlaxda traktor aşıb, ölən var.

"Unikal"ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivində  vaqon-şəhərcik deyilən ərazinin Yevlax rayonu ilə həmsərhəd hissəsində  baş verib.

Traktorun aşması nəticəsində, iki nəfərdən biri taraktorun altında  qalaraq ölüb. Traktordakı digər şəxs isə yaralı halda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov